Dərsin məqsədi1. Çevrə və onun mərkəzi2. Çevrənin radiusu,vətəri və diametri3. Çevrənin diametri ilə radiusu arasındakı əlaqə4. Çevrənin uzunluğu haqqında məlumat vermək.
Слайд 4
Dərsin gedişi 1. Öyrənilmiş həndəsi fiqurları yada salmaq 2. Yeni
mövzunu izah etmək 3. Mövzuya aid qruplara test paylamaq 4. Qiymətləndirmə.
Слайд 5
Motivasiya Biz indiyə qədər hansı həndəsi fiqurlarla tanış
olmuşuq ???....
Слайд 6
Yeni mövzunun izahı Pərgarın qollarını müəyyən qədər açıb iti ucunu
müstəvi üzərinə O nöqtəsinə qoyub, O biri qolu əvvəlki
vəziyyətə qayıdana qədər fırladaq.Bu zaman qələm bərkidilmiş uc bir qapalı əyri cızacaq.Bu əyriyə çevrə,O nöqtəsinə onun mərkəzi deyilir.
Çevrənin mərkəzinin onun hər hansı bir nöqtəsi ilə birləşdirən parçaya çevrənin radiusu deyilir.
. O
. O
A
Слайд 7
Çevrənin istənilən iki nöqtəsini birləşdirən parçaya vətər deyilir.
Çevrənin
mərkəzindən keçən vətərə diametr deyilir.
Çevrənin diametri radiusun iki mislinə bərabərdir. Radiusu r
olan çevrənin uzunluğu ℓ=2πr düsturu ilə hesablanır, burada π məlum ədəddir və π≈3.14 çevrənin diametrini d ilə işarə etsək, d=2r olduğundan həm də yaza bilərik ki, ℓ= πd.